Əsas Səhifə > Güney Press / Partiya > Mehdiyevin müxalifət sevgisi

Mehdiyevin müxalifət sevgisi


Bu gün, 06:28

Ev dustaqlığına məhkum edilmiş Ramiz Ənvər oğlu Mehdiyevin Rusiya Federasiyasının müəyyən siyasi qüvvələrinə ünvanlanmış məktubu ictimailəşib.
Həmin məktuba dövlət çevrilişi planı da demək olar. Məktubda Azərbaycan Respublikasının ali hakimiyyət orqanı kimi Dövlət Şurası adlı qurumun yaradılacağı və bu şuranın 50 nəfərdən ibarət olacağı bildirilir. Konkret say göstərilibsə, çox güman adlar da məlumdur. Görəsən məktubda anonsu verilən bu tanınmış adamlar kimlərdi? Nədənsə bir çox vəzifəli şəxs mövqeyini bildirməyə tələsmir.
Yəni Ramiz Ənvəroviçin xofu bu qədər güclüdür?
Ramiz Mehdiyevlə illərlə çiyin-çiyinə işləmiş, onun tabeliyində olmuş, onunla işlləmiş hər bir keçmiş və hazırkı vəzifəli şəxsin “boz kardinal”ın qruplaşmasının üzvü olma və ya onların təsirinə düşmə ehtimalı çox böyükdür. Onsuz da istintaq bütün dəlilləri, faktları saf-çürük edərək nəyin nə, kimin kim olduğunu təfsilatı ilə müəyyənləşdirəcək. Amma səmimi etiraf nisbətən cəzanı yüngülləşdirə bilər. Papağınızı qarşınıza qoyub yaxşı fikirləşin. Sonra çox gec ola bilər.
Sima Babayeva -"DİA-AZ"

Geri qayıt