Əsas Səhifə > Güney Press > Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq
Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaqBu gün, 18:03 |
|
Ölkədə 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılıb. 1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 3315-dir. Yeni qaydaya əsasən, 2026-cı ildən heç bir yerdə işləməyənlər icbari tibbi sığortadan ödənişli istifadə edəcəklər. Məhz işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər təşkil edəcək. Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək. Əks təqdirdə, hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Yəni bu ödənişi etməyən şəxslər isə sığortadan istifadə hüququnu itirəcəklər. Qeyd edək ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. İşləyən şəxslər üçün isə əməkhaqqının 2 %-i (8000 manata qədər olan hissədən) və 0,5 %-i (bu məbləğdən yuxarı olan hissədən) ödəməyə davam edəcəklər. 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub. Belə ki, büdcədən fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır. Bildirək ki, hazırda dövlət xəstəxanalarına müraciət edən pasientlər öncə seçdiyi həkimə müraciət üçün siyahıya yazılır, vətəndaşa bunun üçün təqdim edilən kağızda isə həkimin adı, ixtisası, xəstənin sıra nömrəsi və bu müraciət üçün həmin həkimə dövlət tərəfindən ayrılan vəsait öz əksini tapır. Yəni bu, xəstəxanaya müraciət edən bütün xəstələrə təqdim edilir. Ancaq yeni ildən çalışmayan insanlar bu müraciət formasından, yəniz ödənişsiz həkim müayinəsindən yararlanmaqdan məhrum olacaq. Qeyd edək ki, ölkəmizdə bir sıra dövlət xəstəxanaları var və orada pasientlərə ödənişsiz xidmət göstərilməlidir. Sıöorta ödənişi etməyən şəxslər həmin xəstəxanalarda yeni qaydaya əsasən həkim müayinəsindən necə yararlanacaq? Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta haqqının toplanılması "Tibbi sığorta haqqında" Qanunla tənzimlənir və bu sahədə qərarlar qanunverici orqan tərəfindən qəbul olunur. “Cebheinfo.az” Geri qayıt |