Əsas Səhifə > Güney Press > Azərbaycan şirkəti müflisləşir

Azərbaycan şirkəti müflisləşir


Bu gün, 17:53

Bakı Kommersiya Məhkəməsində borclu “RS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində e-2-2(113)-6528/2025 nömrəli müflisləşmə işi üzrə məhkəmə baxışı iclası təyin edilmişdir.

Banker.az xəbər verir ki, məhkəmə iclası 18 noyabr 2025-ci il, saat 12.40-da, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, 5-ci zalda keçiriləcəkdir. İştirak etmək hüququ olan maraqlı şəxslər məhkəmə iclasına dəvət olunurlar.

RS Construction Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycanda fəaliyyət göstərən tikinti və təmir şirkətidir.


Geri qayıt