Əsas Səhifə > Güney Press > “Bu ruhanilər məsuliyyət daşımalıdır”
“Bu ruhanilər məsuliyyət daşımalıdır”Dünən, 14:10 |
|
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan Eçmiədzin kilsəsinin kanselariya rəhbəri, arxiyepiskop Arşak Xaçatryana aid olduğu iddia edilən videomaterialların yayılmasını pisləyib. Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Deputatın sözlərinə görə, insanın şəxsi həyatına bu cür müdaxilə alçaq bir hərəkətdir və qınanmalıdır. Ovannisyan vurğulayıb ki, hazırkı hakimiyyətlə Ermənistan Apostol Kilsəsi arasında qarşıdurma mövcud deyil. “Problem Tanrı qarşısında verdiyi andı pozan yüksək rütbəli kilsə xadimlərindədir. Məsələ burasındadır”, - deyə deputat bildirib. Ovannisyan əlavə edib ki, subaylıq andını pozan ruhanilər vəzifələrindən getməlidirlər. “Bunun alternativi ola bilməz”, - deyə hakim partiyanın deputatı bəyan edib. Deputat həmçinin məlumat verib ki, qarşıdakı bazar günü “Mülki müqavilə” partiyasının üzvləri də II Qareginin vəzifədən uzaqlaşdırdığı Stepan Asatryanın idarə edəcəyi ayində iştirak edəcəklər. “Şübhəsiz ki, Ovanavank monastırını minlərlə vətəndaş ziyarət edəcək”, - deyə Ovannisyan əminliklə bildirib. Geri qayıt |