Əsas Səhifə > Güney Press > “Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır”
“Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır”Dünən, 12:33 |
|
Aktyor Türkay Cəfərli Əməkdar artist Coşqun Rəhimovun dünyaca məşhur aktyor Rouen Atkinsonla bağlı fikirlərini tənqid edib. Musavat.com xəbər verir ki, bu barədə Türkay sosial media hesabında paylaşım edib. “Axmaq vəziyyət qurşaqdan aşağı “ayə-vayə” ilə hırıldatmaqdır. Axmaq olmayan vəziyyət isə situasiyaya uyğun verilən reaksiyadır. Vəziyyət komediyası... Rouen Atkinson, sən aktyor deyilsənmiş, bəsitimişsən”, - deyə Türkay Cəfərli qeyd edib. Qeyd edək ki, Coşqun Rəhimov “Efirdən kənar” verilişində “Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Əgər ona aktyor demək olarsa. Ancaq Mister Bindir. Bunu onun canından çıxartmaq olmur. Yəni beləsinə aktyor demirlər. “Mister Bin” tapılmış bir formanı ömür boyu eyni qəlibdə tamaşaçıya nümayiş etdirib” - deyə bildirib. Geri qayıt |