Əsas Səhifə > Güney Press > Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib

Putin 44 günlük müharibədə İrəvandan bunu tələb edib


Bu gün, 11:00

Rusiya Prezidenti Vladimir Putin 44 günlük müharibə zamanı Ermənistandan “İttifaq Dövləti”nə qatılmağı tələb edib.

"DİA-AZ" Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Siyasətçinin fikrincə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsinin arxasında duran məqsəd Ermənistanın məhv edilməsi olub:

“Ötən 26 il ərzində biz həyatla ölümün sərhədində yaşamışıq – “Ermənistan dövləti olmayacaqmı” sualı ilə. Dövlətimizlə bağlı bir çox dramatik hadisələr birbaşa 27 oktyabr hadisələri ilə əlaqəlidir. 44 günlük müharibə də məhz 27 oktyabrın birbaşa nəticəsidir. Putin müharibəni dayandırmaq üçün Ermənistanın “İttifaq Dövləti”nin (əslində Rusiyanın) tərkibinə daxil olmasını tələb edirdi. 27 oktyabr hadisələri Ermənistanda vassallıq yaratmışdı”.

Xatırladaq ki, 1999-cu il 27 oktyabrda Ermənistan parlamentinin iclası zamanı Nairi Hunanyanın başçılıq etdiyi silahlı qrup binaya daxil olaraq atəş açıb. Hücum nəticəsində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçyan və daha bir neçə yüksək vəzifəli şəxs öldürülüb.

27 oktyabr hadisələri Ermənistanın siyasi həyatında böyük böhran və hakimiyyət dəyişikliklərinə səbəb olub və Ermənistanda siyasi balansı dəyişib. Hadisə “Vazgen–Karen” tandemini (hakimiyyətin ən güclü qüvvəsi) məhv etdi, Robert Köçəryanın hakimiyyətini gücləndirdi. Hadisə sonradan Ermənistan dövlətinə və Azərbaycanla “sülh danışıqlarında maraqlı olan loyal siyasi komanda”ya sui-qəsd kimi qiymətləndirilib.


Geri qayıt