Əsas Səhifə > Güney Press > Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu

Məşhur vəkillər Zabil Qəhrəmanovun müdafiəsinə qoşuldu


Bu gün, 10:14

Gəncə polisi tərəfindən həbs edilən vəkil Zabil Qəhrəmanovun barəsində Gəncə şəhər Məhkəməsinin hakimi Liza Xanməmmədovanın seçdiyi həbs qətimkan tədbirindən apellyasiya şikayətinə bugün baxılacaq.

Bu barədə Gununsesi.info-ya onun vəkili Əziz Qənbərli deyib.
Onun sözlərinə görə, həmkarının apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Əlzamin Abdullayevin sədrliyi ilə baxılacaq.

Əziz Qənbərli onu da bildirib ki, tanınmış vəkillər Bəhruz Bayramov və Aqil Layic də Qəhrəmanovun müdafiəsinə qoşulub.


Geri qayıt