Əsas Səhifə > Güney Press > “Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb

“Azəristiliktəchizat”ın yığılmış zərəri 133 milyonu ötüb


Bu gün, 10:08

2024-cü ildə “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri artıb.

Banker.az ASC-nin balans hesabatına istinadən xəbər verir ki, ötən il “Azəristiliktəchizat”ın yığılmış zərəri 5.4% və ya 6 milyon 784 min manat artaraq 31 dekabr 2024-cü il tarixində 133 milyon 34 min manata çatıb.

2023-cü ilin sonunda “Azəristiliktəchizat” şirkətinin yığılmış zərəri 126 milyon 250 min manat təşkil etmişdi.

Bu ilin yanvar ayının 1-nə “Azəristiliktəchizat”ın cəmi aktivləri 149 milyon 365 min manat, cəmi öhdəlikləri 84 milyon 178 min manat, cəmi kapitalı isə 65 milyon 187 min manat təşkil edib.

Qeyd edək ki, Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir.


Geri qayıt