Əsas Səhifə > Güney Press > "İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır

"İstilikenerjitikintiquraşdırma" şirkəti parçalanır, nizamnamə kapitalı azaldılır


Bu gün, 09:58

4 dekabr 2025-ci il saat 10:00-da “İstilikenerjitikintiquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 nömrəli ünvanda yerləşən inzibati binada (“İstilikenerjitikintiquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 32 ) olacaq.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “İstilikenerMitikintiquraşdırma” ASCnin 2024-cü ilin yekunu üzrə maliyyə hesabatının müzakirəsi və təsdiq edilməsi.

2. Bir qrup səhmdarların “İstilikenerjitikintiquraşdırma” ASC-dən ayrılması, yenidən təşkil edilməsi və yeni hüquqi şəxslərin yaradılması.

3. “İstilikenerjitikintiquraşdırma” ASC-nin nizamnamə kapitalının azaldılması və yeni nizamnamənin təsdiq edilməsi.

4. Hüquqi şəxslərin nizamnamələrinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiq edilməsi.

5. Dəyişiklər ilə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.

“İstilikenerjitikintiquraşdırma” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq və əldə etmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsi, Babək prospekti 33 nömrəli ünvana, 070-396-25-28 nömrəli telefonla müraciət etmək olar.


Geri qayıt