Əsas Səhifə > Güney Press > AZAL qəhrəmanlarına büst qoyuldu
AZAL qəhrəmanlarına büst qoyulduBu gün, 09:47 |
|
Ötən ilin dekabr ayında təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin məzar daşı hazırlanıb. “DİA-AZ” "Unikal"a istinadən xəbər verir ki, gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın II Fəxri xiyabandakı məzarları üzərində büstləri qoyulub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Geri qayıt |