Əsas Səhifə > Güney Press > Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı?

Ermənistanın Müstəqillik Bəyannaməsinə dəyişiklik olacaqmı?


Bu gün, 12:34

Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiya Dəyişiklikləri üzrə Şurada hələlik Müstəqillik Bəyannaməsinə istinad və Konstitusiyanın birinci fəslinə dair məsələlər müzakirə olunmayıb.

Musavat.com bildirir ki, erməni nazir bu barədə 27 oktyabr tarixində jurnalistlərlə söhbətində məlumat verib.

Onun sözlərinə görə, Şuranın iclasları artıq daha tez-tez keçirilir və son iclasda bir neçə məsələ səsverməyə çıxarılıb, bəzi ifadələrin formulu müəyyənləşdirilib. Yaxın həftələrdə isə ictimaiyyətə Şuranın fəaliyyəti barədə məlumat vermək üçün maarifləndirici kampaniyaya başlanması planlaşdırılır.

Qalyan qeyd edib ki, Müstəqillik Bəyannaməsinə istinad və konstitusiyanın birinci fəslinə aid məsələlər hələlik gündəliyə daxil edilməyib.


Geri qayıt