Əsas Səhifə > Güney Press > Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdi
Sakinlər Fəzail Ağamalının deputat qızından şikayət etdiBu gün, 11:02 |
|
Milli Məclisin 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən seçilən deputatı, Ana Vətən Partiyasının (AVP) sədr müavini Günay Ağamalı təmsil olunduğu ərazilərdə dövlətin maliyyəsi hesabına görülən işləri öz adına çıxarmağa çalışır. "DİA-AZ" xəbər verir ki, bununla bağlı rayon sakinləri tərəfindən Demokrat.az-a şikayət daxil olub.
İddialara görə, Günay Ağamalı icra nümayəndələri və bələdiyyə sədrlərini belə öz yalanlarına alət etməyə təhrik edib, onlara qanunsuz şəkildə tapşırıqlar verib. Demokrat.az məsələ ilə bağlı deputatla əlaqə saxlasa da, sorğuya onun köməkçisi Pərviz Mirizadə cavab verib. O, şikayətin əsassız olduğunu deyib:
Belə olduğu halda, məlum hadisələr çərçivəsində deputat fəaliyyətinin hüquqi normalarını müzakirəyə çıxarmaq, mahiyyətindən kənar istifadə etməyə çalışmaq məhz Günay xanımın sımasında digər millət vəkillərinin də fəaliyyətini şübhə almaq deməkdir. Bu isə ciddi qanun pozuntusudur və bu əsasda hüquqi məsuliyyət yaradan bir situasiyadır.
Geri qayıt |