Əsas Səhifə > Güney Press > Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb?
Bəylər Eyyubovdan əvvəl o vəzifəni kimlər daşıyıb?Bu gün, 09:27 |
|
İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi təyin olunması xəbəri təsdiqlənib. Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb. Bəylər Eyyubov burada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub. Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı, əsas səlahiyyətlərinin nələr olduğu hələlik məlum deyil. Modern.az-ın məlumatına görə, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub. 1993-1999-cu illərdə Prezident Katibliyinin rəisi Eldar Namazov tutub. Onu bu vəzifəyə Ümumilli Lider Heydər Əliyev təyin etmişdi. Eldar Namazov, həmçinin Prezidentin xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi vəzifəsini daşıyırdı. O, vəzifədən ayrıldıqdan sonra ictimai-siyasi fəaliyyətini davam etdirib. Eldar Namazovdan sonra sözügedən vəzifəyə Dilarə Seyidzadə təyin edilib. O, həmin vaxtıda Katibliyin rəisinin müavini idi. Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. O, 2019-cu ildə vəzifəsindən azad edilib və Prezident Katibliyinin rəisi vəzifəsi ləğv edilib. Geri qayıt |