Əsas Səhifə > Güney Press > Rusiya əhalini sakitləşdirmək üçün bunu edir
Rusiya əhalini sakitləşdirmək üçün bunu edirBu gün, 07:14 |
|
Rusiya əhalisini sakitləşdirmək üçün nüvə raketi “Burevestnik”in sınaqdan keçirilməsi barədə danışmağa başlayıb. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Timoçko deyib. "Oxşar raketlərin buraxılması üçün 13 təsdiqlənmiş cəhd olub. Yalnız ikisində raket buraxılış olub. Qalanların hamısı tamamilə uğursuz cəhdlərdir",- o bildirib. Onun sözlərinə görə, bu cür raketlər yerüstü qurğulardan buraxılır və buna görə də onların nə qədərinin Rusiyada olduğunu söyləmək çətindir: "Bu raketin mühərrikinin özəlliyi ondan ibarətdir ki, o, radioaktivdir və havada uçarkən çoxlu miqdarda zəhərli nüvə yanacağı buraxır. Amerikalılar oxşar raketlərin istehsalından hələ 1980-ci illərdə imtina ediblər". Geri qayıt |