Əsas Səhifə > Güney Press > Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdiDünən, 11:02 |
|
Musavat.com-un məlumatına görə "Bloomberg" yazır ki, şirkət artıq xammalı İraq, Qətər, Səudiyyə Ərəbistanı və ABŞ-dan almağa başlayıb. Ticarət mənbələrinin məlumatına görə, söhbət Basrah Medium, Al-Shaheen, Khafji və West Texas Intermediate markalı neft növlərindən gedir. "Reliance"ın yeni tədarükləri 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı üçün planlaşdırılıb. Agentlik qeyd edir ki, şirkət oktyabrda spot bazarda azı 10 milyon barel neft alıb və bu alışların əksəriyyəti Yaxın Şərq mənşəli xammaldır. Mənbələr bildirirlər ki, digər Hindistan neft emalı zavodları da artıq ABŞ və Braziliyadan alternativ tədarüklər axtarır. Ekspertlərin fikrincə, bu tendensiya Rusiya neftinin Asiya bazarlarında payının azalmasına və Moskvanın enerji gəlirlərinə növbəti zərbəyə səbəb ola bilər. Geri qayıt |