Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > В«BekoВ» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət
В«BekoВ» şirkəti ilə bağlı prezident İlham Əliyevə həyəcan dolu müraciət22-05-2014, 14:59 |
![]() DİA.AZ: - В«Məlum olduğu kimi, Türkiyənin məşhur В«BekoВ» ticarət markası bu gün işğal altında olan Azərbaycan torpaqlarında - gözümüz Xankəndində reklam olunur. Bu fakt isə Türkiyə şirkətinin Azərbaycan dövlətinə sayğısızlığından başqa bir şey deyilВ». Bu sözlər DİA.AZ-a müraciət yollayan Millətçi Gənclər Hərəkatının başqanı Elnur Ataturanın bəyanatında yer alıb. Bəyanat müəllimi bildirir ki, Azərbaycan dövləti rəsmi şəkildə В«BekoВ» markalı mallardan imtina etməlidir: В«Bu şirkət bilməlidir ki, Azərbaycan dövləti üçün Qarabağ hansı məqamdadır və biz Türkiyənin milli dövlət maraqlarını qoruduğumuz kimi, qardaş dediyimiz Türkiyə də bizim milli haqqlarımıza sayğı ilə yanaşmalıdır. ![]() Əgər bu gün В«BekoВ» üçün bir ovuc separatçı biznes marağı baxımından əhəmiyyətlidirsə, Azərbaycan hakimiyyəti həmin şirkətə Azərbaycan dövlətinin gücünü göstərməlidir. Biz gənc millətçilər olaraq prezident İlham Əliyevə müraciət edirik: Cənab prezident! Hər zaman millətimiz və dövlətimiz adına yanınızda olmağa, bir əsgər kimi başımızı bu torpaq uğrunda qoymağa hazırıq. Və inanırıq ki, Azərbaycan türkünün Qarabağ haqqına təcavüz edən hər kəs - kimliyindən asılı olmayaraq layiqli cavabını alacaq. Biz prezidentimizdən xahiş edirik ki, Azərbaycanda В«BekoВ» markalı məhsulların satışına qadağa qoyulsunВ». Geri qayıt |