Əsas Səhifə > Güney Press > "Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb

"Xaçmaz Şərab"ın mənfəəti 17 dəfə azalıb


Bu gün, 11:01

“Xaçmaz-Şərab” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, şesabat şirkətin gəlirlərinin və mənfəətinin kəskin şəkildə azaldığını göstərib.

Şirkətin əsas əməliyyat gəliri 2 milyon 316 min manat təşkil edib. Bu, ötən ilə nisbətən 736,4 min manat (24,1%) azalmadır.

Satışın maya dəyəri 2 milyon 283 min manat olub. Bu da illik müqayisədə 211,3 min manat (8,5%) azalma deməkdir.

Nəticədə şirkətin ümumi mənfəəti 33,3 min manata enib. Bu da illik 525,1 min manat və ya 16,8 dəfə azalma deməkdir.

Şirkət cəmi əməliyyat xərclərini 211 min manatdan çox azaldıb. Bu qənaətin arxasında isə əsasən istifadə edilmiş material ehtiyatlarının azalması dayanıb.

Cəmi əməliyyat xərcləri 2 milyon 283 min manata enib. Bu, ötən ilin 2 milyon 494 min manatlıq göstəricisi ilə müqayisədə 211,3 min manat və ya 8,5% azalma deməkdir.

İstifadə edilmiş material ehtiyatları: Xərclərin azalmasında ən böyük pay bu maddəyə aiddir. Şirkət material xərclərini 1 milyon 457 min manata endirərək, il ərzində 223,3 min manat (13,3%) azaltmağa nail olub.

Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı dəyişikliklər 260,5 min manata enib. Bu da illik 30,9 min manat (10,6%) azalmadır.

Yeganə artım isə işçi heyəti və amortizasiya xərclərində baş verib:

İşçi heyəti üzrə xərclər 412,4 min manata bərabər olub. Bu son bir il ərzində 16,7 min manat (4,2%) artım deməkdir.

Amortizasiya xərcləri isə 26,1 min manat (20,6%) artımla 152,8 min manata yüksəlib.

Hesabatda digər əməliyyat və maliyyə maddələri olmadığı üçün, şirkətin əməliyyat mənfəəti və vergiqoymadan əvvəl mənfəəti də 33,3 min manat təşkil edib.

Mənfəətin kəskin azalması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci də 3,3 min manata enib. Bu da illik 52,5 min manat (16,8 dəfə) azalmadır.

Bütün bunların yekununda, “Xaçmaz-Şərab” ASC 2024-cü ili 30 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 472,5 min manat və ya 16,8 dəfə azdır.

Mənfəətin kəskin azalması birbaşa səhm gəlirliliyinə də təsir edib. Hər səhmə düşən bazis mənfəət 5,33 manatdan 0,32 manata enib.

Şirkətin cəmi aktivləri 7,0 milyon manata çatıb. Bu, ilin sonu ilə müqayisədə 814,7 min manat (13,2%) artımdır.

Cəmi uzunmüddətli aktivlər 1 milyon 55 min manat olub. Bu da illik 383,1 min manat (57%) artım deməkdir.

Bu artımın yeganə səbəbi, torpaq, tikili və avadanlıqların 67,2 min manatdan 1 milyon 55 min manata yüksəlməsidir.

Cəmi qısamüddətli aktivlər isə 5 milyon 931 min manata yüksəlib. Nəticədə, illik 431,6 min manat (7,8%) artım qeydə alınıb.

Ehtiyatlar 1 milyon 769 min manat təşkil edib və il ərzində 260,5 min manat (17,3%) artıb.

Qısamüddətli debitor borcları 4 milyon manata bərabır olub. Son bir il ərzində 86,6 min manat (2,2%) artım qeydə alınıb.

Pul vəsaitləri 115,4 min manat (6 dəfə) artaraq 138,5 min manata yüksəl9b.

Sair qısamüddətli aktivlər isə 21,7 min manata düşüb, ümumilikdə 30,8 min manat (2,4 dəfə) azalma baş verib.

Cəmi öhdəliklər 3 milyon 652 min manat təşkil edib. Bu da illik 893,9 min manat (32,4%) artımdır.

Şirkətin uzunmüddətli öhdəliyi olmayıb.

Qısamüddətli kreditor borcları 3,2 milyon manata təşkil edib. İl ərzində bu borclar 824,7 min manat (35%) artım baş verib.

Vergi və məcburi ödənişlər 446,8 min manata bərabər olub. İl ərzində 69,2 min manat (18,3%) artım qeydə alınıb.

Cəmi kapital 3 milyon 334 min manat təşkil edib. Bu isə son bir ildə 79,2 min manat (2,3%) azalmadır.

Ödənilmiş nizamnamə kapitalı 188,7 min manat, kapital ehtiyatları isə 982,0 min manat səviyyəsində dəyişməz qalıb.

Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) isə 2 milyon 164 min manata enərək 79,2 min manat (3,5%) azalıb.



Geri qayıt