Əsas Səhifə > Güney Press > Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək

Paşinyan AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək


Bu gün, 14:19

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 29-da Strasburqa gedəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-in məlumatında deyilir.

N.Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının işində iştirak edəcək.

Oktyabrın 3-nə qədər davam edəcək səfər çərçivəsində onun sessiyada çıxışı gözlənilir.

Sessiya zamanı növbəti beş il müddətinə təşkilatın baş katibi seçiləcək. Həmçinin Qəzza və Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Bundan başqa, sessiyada Malta Prezidenti Miriam Spiteri Debono, baş nazirin müavini, xarici işlər və turizm naziri, Nazirlər Komitəsinin sədri İan Borq da çıxış edəcək.


Geri qayıt