Əsas Səhifə > Güney Press > “Xankəndi” qara siyahıya salına bilər

“Xankəndi” qara siyahıya salına bilər


Bu gün, 12:00

Avropa Birliyi Azərbaycanın “Xankəndi” tankerini Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin layihəsinə daxil edib.

"DİA-AZ" Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Aİ bunu Rusiyanın “kölgə donanmasının” bir hissəsi hesab edir.

Paket hələ AB-yə üzv dövlətlər tərəfindən qəbul edilməyib, lakin hazırlıq mərhələsindədir.

Bundan əvvəl Azərbaycanın “Şuşa” və “Qarabağ” tankerləri AB-nin sanksiyalar paketinə daxil edilib.


Geri qayıt