Əsas Səhifə > Güney Press > FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış"

FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış"


Bu gün, 11:51

Rusiyanın Rostov vilayətində FTX əməkdaşları İrahad Namazovu saxlayıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, əməliyyat Taqanroq şəhərində keçirilib.

Namazovun yaşadığı ünvanda axtarış aparılıb və onlarla sənəd aşkarlanaraq götürülüb. İddia olunur ki, guya o, pasportların, etibarnamələrin, sürücülük vəsiqələrinin və digər rəsmi sənədlərin “satışı” ilə məşğul olurmuş.

İrahad Namazovu 10 ilədək həbs cəzası gözləyir.

Qeyd olunur ki, o, əvvəllər də qanunsuz miqrasiyanın təşkili ittihamı ilə məhkum edilmişdi.


Geri qayıt