Əsas Səhifə > Güney Press > Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdıBu gün, 09:16 |
Xalq rəssamı Eldar Mikayılzadə müəllifi olduğu “On dörd məsum” xalçasını Mədəniyyət Nazirliyinə satıb.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, alqı-satqı ilə bağlı nazirliklə Xalq rəssamı arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, xalçanın qiyməti 100 min manat müəyyənləşib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü Eldar Mikayılzadə UNESCO yanında Rəssamlar Birliyinin üzvü və Azərbaycan manatının ilk eskizlərinin müəllifidir. O, “On dörd məsum” xalçasını 2001-ci ildə ərsəyə gətirib. Geri qayıt |