Əsas Səhifə > Güney Press > 200 minlik şirkət DVX-nin "qara siyahı"sında
200 minlik şirkət DVX-nin "qara siyahı"sındaBu gün, 07:03 |
“GNI Softvvare” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb.32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi kimi qeydiyyata alınıb. Hazırda şirkətin 3.096,8 manat vergi borcu mövcuddur. Bildirək ki, “GNI Softvvare” MMC-nin nizamnamə kapitalı 206.010 manat, qanuni təmsilçisi isə Şahin Məhərrəmov Milət oğludur. İnternet resurslarında araşdırmamız zamanı bəlli olub ki, adıçəklilən şəxs vaxtı ilə BOKT “ASET Maliyyə Texnologiyaları” MMC-nin direktoru olub. Qeyd edək ki, MMC-nin rəsmi saytında şirkətin Azərbaycandakı icraçı direktoru olaraq Nurlan Vəliyev göstərilib Azərbaycandakı “İdarəedici tərəfdaş kimi Erkin Əsədov göstərilib. Geri qayıt |