Əsas Səhifə > Güney Press > Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşır
Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşırBu gün, 16:09 |
2025-ci ilin birinci yarımilində Ermənistanın dövlət borcu 5,3 trilyon dram (dollar ekvivalentində - 13,85 milyard dollar) təşkil edib. "Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentdə maliyyə naziri Vage Ovannisyan bildirib. "Dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,5%, dollar ifadəsində isə 7,9% artıb", - deyə o qeyd edib. Onun sözlərinə görə, hökumətin borcu 4,8% artıb, Mərkəzi Bankın borcu isə 2,2% azalıb. Nazir həmçinin bildirib ki, dövlət borcu ÜDM-in 52%-nə bərabərdir. Valyuta strukturuna görə - borcun 51%-i dramla, 49%-i isə xarici valyuta ilə ifadə olunub. Geri qayıt |