Əsas Səhifə > Güney Press > Putin Paşinyana məktub göndərdi

Putin Paşinyana məktub göndərdi


Bu gün, 14:03

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqilliyinin 34-cü ildönümü münasibətilə bu ölkənin baş naziri Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli Nikol Vovaeviç, Ermənistan Respublikasının milli bayramı — Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Rusiya–Ermənistan münasibətləri dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlərin gələcəkdə də inkişafı xalqlarımızın maraqlarına tam uyğundur.

Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə isə xoşbəxtlik və rifah arzulayıram”.


Geri qayıt