Əsas Səhifə > Güney Press / Reklam / Manşet > Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ...

Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ...


Bu gün, 09:44

"Şikayətim "Azercell" mobil operatorundandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Amil Dostaliyev adlı istifadəçi gileylənir.

Narazı vətəndaş dhaa sonra başına gələnləri belə nəql edir: "28 manata "Bakcell"-də 55 Gb internet, 1500 dəqiqə danışıq paketinə qoşulmuşdum ...daşınma ilə (Set problemi olduğu üçün Azərcell-ə daşındım). Sonra "Azercell"-ə daşınma ilə 29 manata 20gb + 10gb bonus bir il müddətində olacağı deyildi.

Dünən 48 saat ərzində yenilənmə ilə bağlı xəbərdarlıq gəlib və sonra heç 24 saat olmadan bonus abonəliyi ləğv edilib. "Azərcell"-lə əlaqə saxladıqda isə bu bonusun yalnız bir ay olduğu deyilir. Operatorların belə özbaşınalığına real nəzarət edən yoxdurmu?

Bunlar bir yana siz, belə təkliflərə aldanmayın!"



Geri qayıt