Əsas Səhifə > Güney Press > AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib

AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib


Bu gün, 18:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Gədəbəy Mineral Suları” MMC -yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə bağlı şikayətlərlə əlaqədar araşdırma başladıb.

AQTA-dan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Gədəbəy Mineral Suları” MMC-də yoxlamalar aparılıb.

“Sulardan müvafiq nümunələr götürülüb və laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri bəlli olduqda ictimaiyyətə açıqlanacaq”.

Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.


Geri qayıt