Əsas Səhifə > Güney Press > Rayona "nəzarət edən" avtoritet həbs olundu:

Rayona "nəzarət edən" avtoritet həbs olundu:


Bu gün, 17:27

Rusiyanın Bryansk vilayət məhkəməsi Detyakovski rayonu üzrə “nəzarətçi” kimi tanınan kriminal avtoritet Andrey Yaşinə hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, avtoritet hədə-qorxu yolu ilə pul tələb etmə və avtomobil oğurluğunda ittiham olunur. Məhkəmə onu 12 il həbs cəzasına məhkum edib.

O, həmçinin cinayətkar iyerarxiyasında yüksək mövqe tutma (210.1-ci maddə) təqsirli bilinib.

Bildirilib ki, Yaşin cinayət aləmində Detyakovo və Detyakovski rayonu ərazisində nüfuz sahibi olan kriminal avtoritet statusu almışdı.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs daha əvvəl məhkum olunmuş kriminal avtoritet Sergey Baev və digər əlbir şəxslərlə birlikdə iki zərərçəkəndən guya tam yerinə yetirilməmiş tikinti işlərinə görə 260 min rubl tələb edib, onları döyüb və tapançaya bənzər əşyalarla hədələyiblər. Nəticədə, onlar zərərçəkənlərdən 100 min rubl, 240 min rubldan çox dəyəri olan zərgərlik məmulatları alıblar və onların “İnfinity” markalı avtomobilini ələ keçiriblər.


Geri qayıt