Əsas Səhifə > Güney Press > Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq

Azərbaycan və Aİ arasında yüksək səviyyəli iqtisadi işçi qrupu yaradılacaq


Bu gün, 10:05

“Regionda sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır".

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünə dair “X” hesabında paylaşımında bildirib.

"Bu imkanlardan yararlanmaq üçün yüksək səviyyəli iqtisadi işçi qrupunun yaradılması barədə razılığa gəldik. Tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”, - paylaşımda deyilir.


Geri qayıt