Əsas Səhifə > Güney Press / Araşdırma / Manşet > "AZƏRSU", YOXSA "AZƏRYEZİD"?
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"?Bu gün, 15:34 |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) yay-qış demədən Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edir. Məsələn, Xətai rayonu ərazisində dünən günorta saatlarından etibarən yenə su kəsilib. Bunun səbəbi haqda əvvəlcədən istehlakçılara məlumat verilməməsi bir yana, suyun nə vaxt veriləcəyi də bəlli deyil. Çünki Agentliyin 955 Çağrı Mərkəzinə düşmək mümkün deyil. Şübhə yoxdur ki, suyun kəsilməsi vətəndaşlara həm maddi, həm də mənəvi zərər verir. Çünki günlərlə susuz qalan sakinlər hətta sanitar qovşaqda istifadə etməli olduqları suyu belə, gedib mağazalardan satın almağa məcbur olurlar. Dünən günortadan etibarən 955 Çağrı Mərkəzinin operatoru dayanmadan təkrar edir ki, “sizin növbədəki sıranız 21-dir”. Saatlarla gözləyirsən, növbə sənə çatmır. Növbə çatana yaxın isə telefon "təsadüfən" adboy gedir. Görünür, vətəndaşlara veriləcək cavabları yoxdur. Bəlkə, artıq operatorlar da "qəza var" deməkdən utanır. Axı, nə qədər "qəza var" sözünü eşitməliyik?! Bir sözlə, Çağrı Mərkəzi “çağırma” mərkəzi ilə əvəz olunur. İndi gəl, yenidən qaynar xəttə düş, düşə bilsən. Bu qurum açıq-aşkar vətəndaşların canına qəsd edir. Bu boruları necə təmir edirlər ki, 1 ayda 3 dəfə qəza olur?! İl ərzində bu quruma milyonlarla manat pul ayrılır, amma yeyintidən başları açılmır ki, boruları doğru-düzgün təmir etsinlər. Axı, bu qurum nə vaxt "yezidlik" etməyə son qoyacaq?! Hara, kimə deyək dərdimizi? Niyə bu milləti ayağa qaldırmağa çalışırlar? “Azərsu” rəhbərliyi, yaxud da İctimaiyyətlə əlaqələr şöbəsi, zəhmət olmasa sualımıza cavab verin: Necə olur ki, eyni ərazidə 1 ayda 3 dəfə qəza olur?! Qəza olan borunu necə təmir edirlər ki, az keçmədəm yenidən "qəza şəraiti" yaradır?! "Hurriyyet.az" Geri qayıt |