Əsas Səhifə > Güney Press / Ana xəbər > Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadıBu gün, 12:20 |
Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya Publik Hüquqi Şəxsi elan etdiyi satınalma baş tutmayıb. "DİA-AZ" xəbər verir ki, tender veb saytın yaradılması olub. Lakin prosedur ləğv edilib.Tenderin ehtiml olunan qiyməti 20 min 500 manat təşkil edib. Ləğv edilmə səbəbi olaraq göstərilir ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu da "Dövlət Satınalmaları Haqqında" qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir Geri qayıt |