Əsas Səhifə > Güney Press > Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşibBu gün, 09:17 |
Lənkəran şəhərinin kanalizasiya sisteminin tikintisi işlərini həyata keçirəcək şirkət müəyyənləşib.Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib. Bildirilib ki, agentliyin bir müddətdir bununla bağlı həyata keçirdiyi hazırlıq işləri yekunlaşıb. Belə ki, kanalizasiya sisteminin tikintisi işləri “Protean Construction” ASC-yə həvalə olunub və müqavilə bağlanılıb. Məlumata görə, şəhərin kanalizasiya sisteminin tikintisi 38 milyon 558 min 538 manata başa gələcək. Qeyd olunub ki, tikinti işləri Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində həyata keçiriləcək. Geri qayıt |