Əsas Səhifə > Güney Press > Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edibBu gün, 13:06 |
Ermənistan və Fransa strateji tərəfdaşlıq sənədinin imzalanma müddətlərini müzakirə edib. "Report" Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mövzu siyasi məsləhətləşmələr zamanı qaldırılıb. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokföy məsləhətləşmələr zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq proqramlarını müzakirə ediblər. Tərəflər, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi çərçivəsində Vaşinqtonda əldə edilmiş razılaşmaları, eləcə də Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Geri qayıt |