Əsas Səhifə > Güney Press / Üçüncü sektor / Manşet > Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`...

Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`...


Bu gün, 11:39

Naxçıvanda "Ləzzət Qida Sənaye" MMC tərəfindən istehsal olunmuş qəndin içərisindən insan sağlamlığı üçün təhlükəli maddə aşkarlanıb. "DİA-AZ" xəbər verir ki, bu barədə şikayətiçi düşən sosial şəbəkə istifadəçisi Hacı Hüseynov Qida Təhlükəsizliyi Agentliyinə xitab edərək, olaya dərhal reaksiya verilməsini xahiş edir.

Narazı vətəndaş müraciətində yazır: 

""Ləzzət" doğranmış qəndindən şikayətçiyəm. Qəndin içərsindən metal çıxıb.

Metal maqnitə yapışır.

Qənd alarkən bir daha fikirləşin, hansı firma olduğunu..."
Hər halda bu məsələ ilə bağlı aidiyyatı qurumlar mütləq çəşğul olacaq.

Qeyd edək ki, narazı vətəndaş iddiası ilə bağlı fotodəlilləri də təqdim edib...



Geri qayıt