Əsas Səhifə > Güney Press > Azərbaycanda logistika şirkəti bağlanır

Azərbaycanda logistika şirkəti bağlanır


Bu gün, 09:20

Azərbaycanda bir ildən çoxdur təsis edilən logistika şirkəti “Skyline Logistics” MMC ləğv olunduğunu elan edir.

"DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa ŞTQ İSMD-32 küçəsi, ev 10, mənzil 3 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Skyline logistics” MMC 2024-cü ilin 22 iyulunda təsis edilib. 100 manat nizamnamə kapitalına malikdir.

Qanuni təmsilçisi Əzimli Yəmənxanım Samir qızıdır.


Geri qayıt