Əsas Səhifə > Güney Press > Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilirBu gün, 05:12 |
Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu il xalis birbaşa dövlət borclanması 1 milyard 976,1 milyon manat azaldılacaq, gələn il isə 1 milyard 647,6 milyon manat artırılacaq. 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 399,6 milyon manat, 2026-cı ildə isə 2 milyard 457,6 milyon manat olacağı gözlənilir. Geri qayıt |