Əsas Səhifə > Güney Press > Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib

Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib


Bu gün, 15:53

BOKT “İnternational” ASC-nin dövlət qarşısında vergi borcu 2025-ci ilin mayından bu tərəfə bir qədər də şişib.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Belə ki, BOKT “İnternational” ASC-nin vergi borcu 517 318 manatdır. Bu vergi borcu 15 sentyabr 2025-ci il tarixinə (saat: 14:05) olan məlumatdır.

Mayın 28-dəki son yeniləmədə bu rəqəm 477 055 manata yaxın idi.

Bu arada, BOKT “International” ASC BFB-də ümumi məbləği 10 milyon manat olan faizli borc cəlb edir. İstiqrazlar 3 il müddətinə 18 faiz gəlirliliklə təklif edilir.

BOKT ümumi istiqraz bazarında aktiv iştirakçıdır. 1 iyul 2025-ci il tarixinə “International” BOKT-nin 11 milyon 649 min manatlıq öhdəlikləri var. Keçən ayın sonu isə eyni şərtlərlə 50 investordan 1 mln. manat borc cəlb edib.

Cəmi öhdəlikləri 1 iyul 2025-ci il tarixinə 33 milyon 970 min manata çataraq illik 23 milyon 457 min manat və ya 45% artıb.

Güclü borc cəlbləri ilə paralel onu aktiv biznesə yönəldə bilib. Kredit portfeli 42 milyon 557 min manat olub, bu illik 32 milyon 23 min manat və ya 33% artımdır. Cəmi aktivlər illik 42% artaraq 50 milyon 796 min manata çatıb.

Pul vəsaiti illik 9% artımla 1 milyon 451 min manat olub ki, likvidlik göstəricisi nisbətən sabitdir.

“International” BOKT-nin xalis mənfəəti cari ilin ilk yarısında 3 milyon 576 min manat olub, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən +9% artım göstərib.

Xatırladaq ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 000 000 manatdır. BOKT-nin səhmlərinin 100%-i bir şəxsin – Həsənov Rifat Vaqif oğlunun əlində cəmləşib. O həmçinin Müşahidə Şurasının sədri olmaqla Şuranın işini təşkil etmək, iclaslarını çağırmaq və iclaslarda sədrlik etmək; Şuranın rüblük planlarını, iclas protokollarını və qəbul olunmuş qərarlarını imzalamaq və s. kimi vəzifələrə sahibdir. İdarə Heyətinin sədri Nicat Həsənov Vaqif oğludur.


Geri qayıt