Əsas Səhifə > Güney Press > Elnur Şükürov azadlığa çıxdı
Elnur Şükürov azadlığa çıxdıBu gün, 09:44 |
Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov azadlığa buraxılıb. Modern.az xəbər verir ki, ona verilən 3 illik həbs cəzası bu gün başa çatıb. E.Şükürov saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi. Geri qayıt |