Əsas Səhifə > Güney Press > Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq

Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq


Bu gün, 14:58

Şuşada fəaliyyət göstərən məşhur “İsa bulağı” restoranının müdir müavininin evindən və avtomobilindən oğurluq edilib.

Musavat.com-un xəbərinə görə, hadisə Xankəndi şəhərində baş verib.

24 yaşlı qazi Rəhimov (soyad şərtidir) işğaldan azad edilmiş ərazilərdə müxtəlif şirkətlərdə fəhlə kimi çalışıb. Həmin ərəfədə maddi imkanı yaxşı olmadığı üçün oğurluq edib.

Rəhimov Xankəndidə yerləşən 5 mərtəbəli binada kirayədə yaşayırmış. O, qonşuluqda yaşayan şəxsin kimliyi və harada işləməsi barədə məlumatlı olub. Rəhimov həmin şəxsin evinə daxil olaraq ona məxsus əşyaları ələ keçirib. O, mobil telefon, qol saatı, qulaqlıq, siqaretlər, ətirlər götürüb. Sonra isə zərərçəkmiş şəxsə məxsus “Niva” markalı maşının maqnitofonunu oğurlayıb.

Bununla zərərçəkmişə ümumilikdə 5200 manat ziyan vurub.

Rəhimov əməlindən peşmanlıq çəkdiyini, İkinci Qarabağ müharibəsi iştirakçısı olduğunu deyib. Bildirib ki, zərərçəkmiş şəxslə barışıb və ziyanı ödəyib.

Məhkəmə Rəhimova yüngül cəza verib. Onun barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Geri qayıt