Əsas Səhifə > Güney Press > Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək

Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək


Bu gün, 18:06

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “İveco Daily 35S 15/E4 V/P” markalı təcili yardım avtomobillərinin cari təmiri məqsədilə ehtiyat hissələri alacaq.

Teleqraf xəbər verir ki, ehtiyat hissələrinin alınmasına 985 min 127 manat xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə çərçivəsində avtomobillər üçün geneşləndirici maye baçokunun giriş və çıxış şlanqları, oksigen sensorları, hava ölçən, qaz paylayıcı val və dirsəkli valın datçikləri daxil olmaqla müxtəlif ehtiyat hissələrinin alınması planlaşdırılır.


Geri qayıt