Əsas Səhifə > Güney Press > Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq

Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq


Bu gün, 12:22

“Skanerlər var, maşınlar onlardan keçəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana “Tramp marşrutu” üzrə maneəsiz yolun verilməsi barədə jurnalistlərin sualını cavablandırarkən deyib.

Spiker iki ölkə arasında münasibətlərin tədricən normallaşdığını, amma yaraların hələ təzə olduğunu bildirib: “Söhbət ondan gedir ki, gərginlik var, həm bizim, həm də onların tərəfində yaralar təzədir. Məsələ həm də bir-birimizlə üzbəüz ünsiyyətlə bağlıdır”.

Simonyan hesab edir ki, 5-10 ildən sonra iki xalq arasında münasibətlər normal olacaq:

“Biz qonşuyuq və zaman keçdikcə hər şey düzələcək, iki xalqın nümayəndələrinin üzbəüz gəlmələrində problem olmayacaq. Çünki eyni ermənilər və azərbaycanlılar bizneslə məşğul olurlar, Moskvada dostdurlar, bir-birlərini görürlər, Gürcüstanda da, başqa ölkələrdə də eynidir”.

O qeyd edib ki, qısa müddətdə ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət edəcək və ortaq bazar olacaq:

“Bizim mağazalarda Azərbaycan məhsulları, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdəki mağazalarda olacaq. Məsələn, ermənilər gedib benzini daha ucuz alıb geri qayıdacaqlar. Bunlar qaçılmazdır”.


Geri qayıt