Əsas Səhifə > Güney Press / Manşet / Araşdırma > Müavini Binəqədinin icra hakimiyyətinin başçısından В«yuxarılaraВ» şikayət edib

Müavini Binəqədinin icra hakimiyyətinin başçısından В«yuxarılaraВ» şikayət edib


19-05-2014, 12:45
Müavini Binəqədinin icra hakimiyyətinin başçısından В«yuxarılaraВ» şikayət edib
DİA.AZ: - Azərbaycanda nonsens efekti daşıyan bir olay yaşanıb. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, ilk dəfədir icra hakimiyyəti başçısının müavini icra başçısından rəsmi qaydada В«yuxarılaraВ» şikayət məktubu ünvanlayıb.

Mənbəmiz hələlik həmin müavininin adının açıqlanmadığını bildirsə də, bu olayın - müavinin başçıdan yuxarı instansiyalara şikayət etməsinin ilk dəfə baş verdiyini xüsusi olaraq vurğuladı.

Mənbənin söylədikləri: В«Hadisə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla bağlı baş verib. Onun müavinlərindən biri başçı tərəfindən sıxışdırıldığını iddia edərək şikayət ünvanlayıbВ».

DİA.AZ bildirir ki, hazırda Xaləddin İsgəndərovun 3 müavini var. Onlardan biri gənc xanım olan Aygün Əliyevadır ki, Onun başçıdan В«yuxarılaraВ» hansısa formada şikayət edəcəyi gözlənilən deyil. Digər icra başçısının müavinləri isə Vüsar İsmayılov və İlqar Süleymanovdur.

Xatırladaq ki, Binəqədi icra hakimiyyəti başçısının birinci müavini postunu tutan Qəzənfər Novruzov bir müddət əvvəl В«qeybə çəkilmişdiВ» və ona qarşı çox ciddi ittihamlar var idi. YAP-çı deputat Siyavuş Novruzovun qohumu olan Qəzənfər Novruzov Binəqədi RİH-dən uzaqlaşdırılsa da, onunla bağlı müəmmalara aydınlıq gətirilmədi.

İndi isə daha bir müavinin başçı ilə qalmaqal yaşadığı iddia olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir…

Geri qayıt