Əsas Səhifə > Güney Press > "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"Bu gün, 11:29 |
“Bəxt üzüyü-2” filminə çəkildiyimə görə nə peşman deyiləm, nə də böyük bir səhv etməmişəm. Kim peşman olubsa özü bilər. Bu da bir təşəbbüs idi. Tahir və Cabir İmanov qardaşlarının özlərinə xas yaradıcılıqları var. Onlar bir az komik, zarafatyana bir ekran əsəri ortaya qoydular. Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil. Onların məqsədi filmin ikinci hissəsini çəkmək deyildi. Ramiz Əzizbəyli filmi tragikomediya janrında lentə almışdı. Guya çəkildiyimiz bütün film və tamaşalar uğurludur ki? Şairlərin bütün şeirləri bəyəm uğurludur? Mikayıl Müşfiqin bütün şeirlərini oxuyurlar, amma “Yenə o bağ olaydı” şeiri daha çox yadda qalır. Bütün şeirləri o səviyyəyə qalxa bilməyib. Belə hallar baş verir. Şekspirin bütün əsərləri yaxşıdır, amma kimi dindirirsən hamı “Hamlet” deyir” Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. O daha sonra bir müddət əvvəl anonsunu verdiyi xalq artisti Afaq Bəşirqızı ilə bir araya gələcəyi layihədən danışıb: "Bu layihəni fikirləşmişdilər. Moşu və Söylü obrazları bir araya gələcəkdi. Rejissor bir müddət əvvəl zəng edib məndən razılıq almışdı. Mən də böyük məmnuniyyətlə razılıq vermişdim. Amma hələ ki, səs-soraq yoxdur. Nə layihədən, nə də Afaq xanımdan. Bilirsiniz ki, Afaq xanımın 70 yaşı tamam oldu. Özünə yubiley keçirəcək, gedib təbrik edib, iştirak edəcəyəm. Görünür bu layihənin də maddi tərəfi bir az çoxdur” deyə sənətkar bildirib. Geri qayıt |