Əsas Səhifə > Güney Press > İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olurBu gün, 10:11 |
Azərbaycanda mənzil bazarında qiymət artımı artıq sadə statistika deyil, sosial problemə çevrilib. Son 4 ildə ipotekaya yararlı evlərin qiyməti 40 faizə qədər bahalaşıb. Bu isə ev sahibi olmaq arzusunda olan minlərlə gənc ailə və orta təbəqə üçün ciddi maneədir.İpoteka – çıxış yolu, yoxsa yeni yük? Bir vaxtlar ipoteka proqramı gənc ailələrin ən böyük ümid yeri idi. Amma hazırkı şəraitdə bu proqram da əlçatanlığını itirməkdədir. Qiymətlər qalxdıqca ilkin ödəniş artır, aylıq ödənişlər isə ailə büdcəsinin böyük hissəsini udur. Beləliklə, mənzil sahibi olmaq arzusunda olan gənclər ömürlərinin ən məhsuldar illərini ağır kredit öhdəlikləri ilə keçirirlər. Bahalaşma dalğası Əmlak eksperti Elnur Fərzəliyev qeyd edir ki, ipoteka evlərinə maraq artdıqca qiymətlər də yüksəlir. Amma buradakı paradoks ondan ibarətdir ki, əslində ipotekaya marağın səbəbi qiymət artımıdır və vətəndaşlar sabah daha baha olacağını düşündükləri üçün bu gün borca girirlər. Nəticədə tələb qiyməti özü artırır. Gənc ailələrin yükü Evlənib yeni həyata başlayan ailələrin ən böyük arzusu ev sahibi olmaqdır. Amma mənzil bazarındakı bahalaşma bu arzunu ya illərlə təxirə salır, ya da gəncləri ağır kredit öhdəliklərinə sürükləyir. Aylıq gəliri orta səviyyədə olan insanlar üçün ipoteka artıq çıxış yolu yox, daha çox psixoloji və maliyyə yükünə çevrilib. Əgər dövlət ipoteka mexanizmini sadəcə kredit aləti kimi deyil, sosial dəstək vasitəsi kimi inkişaf etdirməsə, mənzil almaq yaxın gələcəkdə orta təbəqə üçün mümkün olmayacaq. Ev sahibi olmaq yalnız varlıların imtiyazına çevriləcək. Bizimyol.info Geri qayıt |