Əsas Səhifə > Güney Press > Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu
Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olunduBu gün, 10:53 |
Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinski zorakılığa məruz qaldığı iddia olunur. Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib. Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir. Geri qayıt |