Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycandakı müəssisələrdə ümumilkdə 325 min 747 ədəd kompüter olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kompüterlərin 59,3%-i və ya 193 min 16 ədədi Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin payına düşüb. Qeyd edək ki, ölkədə kompüterdən istifadə edən müəssisələrin sayı 16 min 305 olub və bunların da 7 min 624-ü Bakıda yerləşir. Məlumat üçün bildirək ki, ötən il ilk dəfə olaraq işğaldan azad olunan Xankəndi şəhəri ilə Ağdərə rayonlarındakı müəssisələr də kompüterlə təmin olunublar. Xankəndi şəhərindəki 10 müəssisədə 1 286 ədəd, Ağdərə rayonundakı 10 müəssisədə isə 11 ədəd kompüter olub. Xankəndidəki kompüterlərin 97,7%-nin (1 257 ədəd), Ağdərədəki kompüterlərin isə 63,3%-nin (7 ədəd) internetə çıxışı olub. Açıqlanan rəsmi statistikada diqqət çəkən məqamlardan biri də odur ki, Xankəndi şəhərində 1 286 ədəd kompüter olduğu halda, kompüterdən istifadə edən işçilərin sayı cəmi 56 nəfər olub. Bu işçilərin isə 35-i kişi, 21-i qadın olub. Bundan başqa Xankəndidə internetə çıxışı olan 1 257 ədəd kompüter olduğu halda, bu kompüterlərdən cəmi 47 işçi istifadə edib. Onu da bildirək ki, kompüterlərdən istifadə edən işçilər kompüteri olan müəssisələrdə çalışan bütün işçilərin 58,9%-nə bərabər olub. Xankəndi şəhərində 10 müəssisədə kompüterin olduğunu nəzərə alsaq, o zaman bu müəssisələrdə ümumilikdə 95 nəfər çalışıb. Açıqlanan məlumatlardan belə görünür ki, Xankəndi şəhərində 95 nəfərin çalışdığı 10 müəssisədə hər işçiyə düşən kompüter sayı 13,5 olub.
Geri qayıt
|