Əsas Səhifə > Güney Press > Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib
Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələyib4-09-2025, 10:58 |
Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib. Bu barədə “APA-Economics”ə AMB-dən bildirilib. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib. Geri qayıt |