Əsas Səhifə > Güney Press > Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir

Ərdoğan tezliklə Putini Türkiyədə görməyə ümid edir


1-09-2025, 12:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putini ölkəsində görməyə ümid edir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Ərdoğan Çində keçirilən ŞƏT sammiti çərçivəsində Putinlə görüşü zamanı Putinin Türkiyəyə səfər etməsi ilə bağlı dəvətin qüvvədə olduğunu xatırladıb: "Dəvət qüvvədədir və biz yaxın vaxtlarda sizi ölkəmizdə görməyi arzu edirik".

Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri konyunktur problemlərin təsirinə məruz qalmadan inkişaf edir.


Geri qayıt