Əsas Səhifə > Güney Press > AMB-nin daha bir tenderi ləğv edildi

AMB-nin daha bir tenderi ləğv edildi


Bu gün, 14:48

Mərkəzi Bank tərəfindən elan olunmuş tender ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, sözügedən tender elektrik mallarının satın alınması ilə bağlı elan edilmişdi. Müsabiqə 29 iyul 2025-ci il saat 17:17-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 20 avqust 2025-ci il saat 17:00-da baş tutmalı idi. Tender üzrə ehtimal olunan qiymət 52 min 524 manat olaraq müəyyən edilmişdi.

Lakin satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.


Geri qayıt