Əsas Səhifə > Güney Press > "Level Leasing"in mənfəəti azalıb
"Level Leasing"in mənfəəti azalıbBu gün, 17:38 |
"Level Leasing" 2025-ci ilin ilk yarısı üzrə maliyyə vəziyyətni açıqlayıb. "DİA-AZ" xəbər verir ki, lizinq şirkətinin faiz gəliri 1 milyon 197 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,7 min manat (4,4%) azalma deməkdir. Bununla paralel olaraq, faiz xərcləri 607,8 min manata yüksələrək 128,4 min manat (26,8%) artıb. Bu iki mənfi amilin birgə təsiri ilə şirkətin xalis faiz gəliri 589,4 min manata enib ki, bu da illik müqayisədə 184,0 min manatlıq (23,8%) bir azalmadır. Qeyri-faiz əməliyyatları şirkətin maliyyə nəticələrinə ən böyük təsiri göstərib: Şirkətin komissiya gəlirləri 18,4 min manata enərək cüzi azalıb. Şirkətin bu dövrdə yeni yaranan sair əməliyyat gəlirləri (7,2 min manat) və dəbbə üzrə gəlirlər (28,8 min manat) ümumi gəlirləri də olub. Lakin xərclər tərəfində çox kəskin dəyişikliklər baş verib. Şşirkət inzibati xərclərini 9,9 min manata endirərək 5,1 min manat (34,0%), sair xərclərini isə 5,8 min manata endirərək 37,3 min manat (86,5%) azaltmağa nail olub. Bununla yanaşı, bir sıra xərc maddələri kəskin şəkildə artıb: İcarə haqqı 34,2 min manata yüksələrək 31,6 min manat və ya 13,1 dəfə artıb. Bank əməliyyat xərcləri 15,8 min manata yüksələrək 11,1 min manat və ya 3,4 dəfə artıb. Nəqliyyat xərcləri 2,0 min manata çataraq 1,4 min manat (3,4 dəfə) artıb. Əmək haqqı və vergi ödənişləri də 212,1 min manata yüksələrək 20,5 min manat (10,7%) artıb. Bütün bu gəlir və xərclərin yekununda, şirkətin mənfəət vergisindən əvvəlki gəliri 362,1 min manata enib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 172,5 min manatlıq (32,3%) bir azalmadır. Hesabat dövründə 72,4 min manatlıq mənfəət vergisi və 27 min manatlıq mənfəətdən çıxılan xərclər də nəzərə alındıqdan sonra, “Level Leasing” ASC 2025-ci ilin ilk yarısını 262,7 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün 522 min manatlıq nəticəsindən 259,3 min manat və ya 49,7% daha azdır. Geri qayıt |