Əsas Səhifə > Güney Press > “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq

“Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq


Bu gün, 12:12

“Azəristiliktəchizat” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tender 7 ədəd qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə əlaqədar tikinti-quraşdırma, sınaq-sazlama işlərinin satın alınması üçün elan edilmişdi. Tenderin qalibi “İdeal TM” QSC (VÖEN: 1404473051) olub.

Şirkətlə 4 390 570 AZN məbləğində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “İdeal TM” QSC bu il ərzində daha bir tenderdə də qalib gəlib. Belə ki, 2025-ci il 21 fevral tarixində “Qarabağ Universiteti” PHŞ tərəfindən elan olunmuş tenderdə şirkət müəllimlər üçün mənzillərin təmir və təchizatı işlərini icra etmək öhdəliyini üzərinə götürüb. Həmin müqavilənin dəyəri isə 3 249 000 AZN təşkil edib və satınalma bir mənbə metodu ilə həyata keçirilib.

Qeyd edək ki, “İdeal TM” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur. Hüquqi ünvanı Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir.


Geri qayıt